2015-ci ildə Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 442,9 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu, 2014-cü illə müqayisədə 3,2% çoxdur.
Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, ötən il sığorta şirkətlərinin ödənişləri isə 180,2 milyon manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən 14,7% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,7 manatı ödəniş edilib. Bu rəqəm 2014-cü ildə 36,6 manat olub.