Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin yanvar-iyun aylarında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadiyyatına birbaşa investisiya qoyuluşu illik müqayisədə 52,8% və ya 70 milyon 80 min dollar azalaraq 62 milyon 557 min dollara enib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Ötən ilin birinci yarısında Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiya qoyuluşu 132 milyon 635 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!