“Azərbaycanın qeyri-həyat sığortası bazarının gələcək artım potensialı hökumətin tənzimlədiyi tariflərdən asılıdır”
Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, 2019-cu ildə qeyri-həyat sığortası sektorunda bazarında qeydə alınmış 7%-lik artımın 5,1%-i rəsmi tariflərlə işləyən icbari sığortanın, o cümlədən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin və daşınmaz əmlakın icbari sığortasının hesabına olub.
"Hesabat dövründə həyat sığortası Azərbaycan sığorta sektorunun kiçik bir hissəsi olaraq qalıb. Ancaq bu sektorda 2012-ci ildən 2018-ci ilə qədər güclü bir artım qeydə alınıb. Lakin, 2019-cu ildə yanvarın 1-dən həyatın yığım sığortasına yönəldilən vəsaitlərin azalması ilə həyat sığortasında da azalma olub. Bu sektor bank sığortası məhsulları hesabına orta müddətdə böyümə potensialına malikdir", - deyə qurum bəyan edib.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!