Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 815,9 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının bildirdiyinə görə, bu, oktyabrın 1-i ilə müqayisədə 6,3% azdır.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 8,65%, son 1 ildə isə 18,9% azalıb.
Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 5% təşkil edib. Bu nisbət sentyabrın sonuna 5,5%, ötən ilin sonuna 6,1%, ötən il oktyabrın sonuna isə 6,8% olub.
report
Bizi sosial şəbəkələrdən izləyin!!