"Azərbaycanda problemli kreditlərin payı gələn il - 10%-i Keçəcək" | Banco.az

"Azərbaycanda problemli kreditlərin payı gələn il - 10%-i Keçəcək"

"Fitch Ratings" beynəlxalq agentliyi 2021-ci ildə Azərbaycanda problemli kreditlərin cəmi kreditlərdə payının 10%-i aşacağını proqnozlaşdırır.

Problemli kreditlərin payında artımın əsas səbəbi kimi COVID-19 pandemiyasına görə restrukturizasiya olunmuş kreditlər vaxtı keçmiş kreditlərə çevrilə biləcəyi göstərilir.

Agentliyə görə, ölkədəki bankların göstəriciləri zəifdir. "Fitch"in Bank Sistemi İndikatorunda (BSI) ölkənin bank sistemi "b" səviyyəsində qiymətləndirilir.

Qeyd edək ki, bu ilin oktyabrın 1-nə Azərbaycanda problemli kreditlərin cəmi kreditlərdə payı 7,2% təşkil edib. Bu göstərici sentyabrın 1-nə 7,3%, ilin əvvəlində 8,3%, ötən ilin müvafiq dövründə isə 10,1% olub.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram