Azərbaycanda magistratura təhsili almağınız üçün 5 səbəb! | Banco.az

Azərbaycanda magistratura təhsili almağınız üçün 5 səbəb!

Magistratura dərəcəsi ali təhsili tamamlamaq imkanı əldə etmək və sektorda öz elmi işlərinizlə adınızdan bəhs etdirmək deməkdir. Əslində çoxu magistratura təhsilini boş saysa da, iş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün ali təhsil önəmli rol oynayır. Hətta ölkəmizdə elə iş vakansiyaları var ki, şərtlərində ali təhsil kriteryası belə mövcuddur. Düzdü, magistr təhsili almaq şərt deyil, amma gələcək üçün vacibdir. Hətta bakalavrda yarımçıq öyrəndiklərimizi magistr təhsili zamanı möhkəmləndirmək şansı əldə edirik. Bundan əlavə magistr təhsili zamanı bir neçə fəlsəfə üzrə elmlər doktoru üzrə dərəcəsi olan müəllimlərdən dərs alırıq və dünyada inkişafın əsası olan elmi fəaliyyət üçün onlardan məsləhət alırıq.

Amma məsələ budur ki, insanlar magistratura mərhələsini ya xarici ölkələrdə ya da dövlət universitetlərində oxumaq seçimi qarşısında qalırlar. Onu əlavə etmək olar ki, çox gənc  xarici universitetlərdən qəbul ala bilməsə magistratura oxumaqdan vaz keçir. Səbəb isə dövlət universitetlərində bu təhsilin yaxşı olmaması və heç nə əldə edilməməsidir. Həqiqətən də yerli universitetlərdə magistr üzrə təhsil almaq bu qədər pisdirmi? 

Elə düşünmürəm. Doğru universitet və bakalavr ixtisasına uyğun doğru fakültə seçməklə uğurlu olmaq mümkündür. Eynən bakalavr təhsilindəki kimi. Əgər xarici universitetlərdən müsbət cavab ala bilməmisinizsə, ya da ki magistr dərəcəsi almaq üçün getdiyiniz ölkənin təhsil imkanlarının sizə nə isə qatacağınızı düşünmürsünüzsə, niyə də də olmasın. Bu gün ki məqaləmizdə Azərbaycanda magistr təhsili almağın 5 üstünlüyündən danışmışıq.

1) Orta balı daha da artırmaq şansı əldə etmək.

Elə tələbələr var ki, bakalavr təhsili zamanı orta balı yaxşı olmur. Amma magistr oxumaqla orta balı artırmaq imkanı olur. Əgər bakalvr ixtisasına uyğun ixtisas keçmisinizsə öyrənəcəyiniz şeylər bakalavr təhsilinin bir az mürəkkəb forması olacaq və sizin bazanız olduğu üçün qavramaqda çətinlik çəkməyəcəksiniz. Bu isə imtahan qiymətlərinizin yüksək olması deməkdir.

2) PhD ( elmi fəlsəfə doktoru) dərəcəsi olan azərbaycanlı şəxslərlə tanış olmaq imkanı.

Magistraturadan sonra və ya magistr ərzində elmi fəaliyyətinizə necə davam etmək barədə şübhə altında qalsanız, sizə həmin  şəxslər dəyərli məsləhətlərlə kömək edəcəkdir. Hətta siz öz elmi dərəcəsini xarici universitetlərdə almış azərbaycanlı müəllimlərdən magistratura zamanı hansı ölkədə təhsilini davam etdirmək , hansı sahə üzrə işləmək , hansı beynəlxalq sertifikatları əldə etmək barədə öz suallarınıza cavab almaq imkanı əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

3) Oxuya-oxuya ixtisasınız üzrə işləmək imkanı.

Düzü, bunu hər kəsə aid etmək olmur. Amma  beynəlxalq sertifikatlar əldə etmiş, qoşulduğu təcrübə proqramı çərçivəsində işə qəbul olan, bakalavr təhsili zamanı iş tapmış və.s kimi şəxslər bu imkandan istifadə edərək öz ana vətənində həm ixtisası üzrə işləyib həm də oxuya bilərlər. Yəni nəzəri və praktiki biliklərə eyni anda sahib ola bilərlər.

4) Ailənizdən ayrılmaq dərdinin olmaması.

Azərbaycandan xaricə oxumaq adı ilə gedəndə çox vaxt ailəmizi apara bilmirik və onlardan ayrılmaq seçimi qarşısında qalırıq. Düzü bu bir müddət olsa da, əgər evin tək övladısınızsa bir az  proses çətin olur. Amma əgər təhsilinizi xaricdə davam etdirə bilmirsinizsə, Azərbaycanda magistr üzrə təhsil alaraq həm ailənizlə bir olmaq imkanı həm də təhsilinizi daha da artırmaq şansı əldə edə bilərsiniz. 

5) Xaricdə təhsil barədə daha çox bilgili olmaq şansı.

Birinci dəfə uğursuzluq əldə etmisinizsə artıq ikinci dəfə təhsilinizi xaricdə davam etdirmək barədə nələri edib nələri etməməyi çox yaxşı bilirsiniz. Hətta zəif tərəflərinizi inkişaf etdirərək müraciət etmiş namizədlər arasında öz şansınızı artıra bilərsiniz. 

Unutmayın, təshsil almaq heç zaman boş deyil. Azərbaycanda magistr üzrə təhsil alaraq həm əlavə vaxt qazana həm zəif tərəflərinzi artıra, həm də bakalavr ixtisasını daha da möhkəmləndirə bilərsiniz. Odur ki, əgər xarici universitetdən müsbət cavab gəlməyibsə üzülməyin, demək ki hələ vaxt var :)