Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi açıqlanıb | Banco.az

Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi açıqlanıb

2020-ci ilin sonunda Azərbaycanda kartla verilən istehlak kreditlərinin orta illik faiz dərəcəsi manatda 24 %, ABŞ dollarında isə 3 % təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, o cümlədən ötən il milli valyutada məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər orta hesabla illik 23 %-lə, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər illik 24 %-lə, avtomobil kreditləri isə illik 19 %-lə verilib.

Digər istehlak kreditləri isə manatla illik 19 %-lə, dollarla isə illik 5 %-lə ayrılıb.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram