Azərbaycanda beynəlxalq sığorta müqavilələri üzrə yığımlar artıb | Banco.az

Azərbaycanda beynəlxalq sığorta müqavilələri üzrə yığımlar artıb

Bu ilin yanvar ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar 1 376 beynəlxalq sığorta müqaviləsi bağlayıb.

Bu barədə "Report" İcbari Sığorta Bürosuna istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 dəfə çoxdur. 

Müqavilələrdən 674-ü Türkiyə və İrana, 634-ü Rusiya, Moldova və Ukrayna, 68-i isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Müqavilələrin 1078-i minik, 150-ü yük, 134-i qoşqu, 14-ü isə avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələrinə görə bağlanılıb. 

Ötən ay beynəlxalq sığorta müqavilələri üzrə daxilolmalar 91 866 manat təşkil edib.  Bu, 1 il əvvələ nisbətən 15,4 dəfıə çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2016-cı ilin yanvar ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən İran və Türkiyə ölkələrinə səfər edən avtonəqliyyat vasitələri üçün 45 ədəd beynəlxalq sığorta müqaviləsi bağlanılıb. Beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 5 963 manat təşkil edib.

Hazırda yaşıl kart sığorta növü üzrə 13 sığorta şirkəti (Azərbaycan Dövlət Sığorta Kommerasiya Şirkəti ("Azəresığorta"), “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “Paşa Sığorta”, “AXA MBASK”, “AzSığorta”,  “Meqa Sığorta”, Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Mənbə: Report.az