Azərbaycanda bağlanan 10 bankın əmanətçilərinə 718 mln. manat kompensasiya ödənilib | Banco.az

Azərbaycanda bağlanan 10 bankın əmanətçilərinə 718 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 717,726 mln. manat ödənilib.

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,907 mln. manat, “Zaminbank” ASC - 52,382 mln. manat, “Kredobank” ASC - 27,764 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,259 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,943 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,148 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,050 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 430,277 mln. manat kompensasiya alıblar.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az