Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub! | Banco.az

Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub!

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 6 kredit ittifaqının lisenziyası ləğv olunub.

Bunlar Lənkəran rayonundakı “AMB” və “Qala”, Beyləqan rayonundakı “Əlinəzərli”, İmişli rayonundakı “İlkin”, Naxçıvan şəhərindəki “Mey” və Gəncə şəhərindəki “Murad” kredit ittifaqlarıdır.

Ən sərfəli kredit üçün müraciət et

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 76-dan 70-ə düşüb. 

Report.az