Bu ilin noyabrın 1-nə Azərbaycanda kredit təşkilatlarının (banklar, həmçinin BOKT-lər və kredit ittifaqları daxil olmaqla) kredit qoyuluşlarının həcmi 16,416 mlrd. manat təşkil edib və ya ÜDM-in 22,9%-nə bərabər olub.
İlin əvvəlindən ölkə iqtisadiyyatının kreditləşməsi 13%, aylıq müqayisədə isə 2,9% artıb.
Qeyd edək ki, ölkə iqtisadiyyatın kreditləşməsinin həcmi 2017-ci ilin yanvar ayından bəri (16,705 mlrd. manat) ən yüksək həddə çatıb.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!