Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-iyul aylarında xarici mənbələrdən əsas kapitala 2 milyard 237,4 milyon manat vəsait yönəldilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 19,4% çoxdur.
Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2038,6 milyon manatı (91,1 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub.
Bizi sosial şəbəkələrdən izləyin!!