Azərbaycan Beynəlxalq Bankının elektron şöbəsi açılıb | Banco.az

Azərbaycan Beynəlxalq Bankının elektron şöbəsi açılıb

Azərbaycan Beynəlxalq Bankı daha bir innovativ bankçılıq texnologiyasını ölkəmizə gətirib. Bankın Elektron Şöbəsi müştərilərin istifadəsinə verilib. Bu şöbə nəinki Azərbaycan, eləcə də MDB məkanında bir ilkdir. 

"Banco.az" xəbər verir ki, yeni şöbə "Əla - ən lazımlı anda" brendi altında fəaliyyət göstərəcək.

Şöbə Tərlan Əliyarbəyov küçəsi, 9 ünvanında yerləşir və 24/7 rejimində çalışacaq. 

Müştərilər burada ƏLAmatik avadanlığından istifadə edərək bankın əməkdaşları ilə video əlaqə saxlayıb, bank əməliyyatları həyata keçirə biləcək. Bir neçə dəqiqə ərzində, yerindəcə kredit almaq, ödəniş kartını əldə etmək, hesab açmaq, ödənişlər aparmaq, pul köçürmək, nağd vəsait almaq və digər əməliyyatları yerinə yetirmək mümkün olacaq. 

Ən sərfəli kredit üçün müraciət et

"Əla" layihəsi çərçivəsində 9 müxtəlif xidmət təklif edilir: "Bu, "Əla kart", "Əla köçürmə", "Əla kredit", "Əla xətt", "Əla şöbə", "Əla çatdırılma", "Əla depozit", "Əlac krediti", "ƏLA və (mobil tətbiq)" xidmətləridir".

Qeyd edək ki, ƏLA xidmətlərdən təkcə ƏLA elektron şöbəsində yox, Bankın yeni açıqlacaq və 24/7 rejimində işləyəcək "ABB-24" filialında da faydalanmaq mümkün olacaq.   

Ən sərfəli krediti almaq üçün müraciət et