Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını artırır | Banco.az

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını artırır

Bu ilin sonuna qədər "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nizamnamə kapitalı 500 mln. manat və ya 78% artırılacaq. Bu barədə Bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev bildirib.

Onun sözlərinə görə, kapital artımı ilə bağlı Bankın səhmdarlarının fevralda qəbul etdiyi qərarın yaxın 3 ay ərzində icra edilməsi nəzərdə tutulub. Bunun nəticəsində ABB-nin nizamnamə kapitalı 1 mlrd. manatı keçəcək. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375 138 000 səhm əsasında formalaşıb. Səhmlərin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" QSC-yə, 17,78%-i isə qeyri-dövlət müəssisələri və fiziki şəxslərə məxsusdur.

Mənbə : report.az

Ən sərfəli krediti almaq üçün müraciət et