Avtomobil sığortasında ödənişlər azalıb | Banco.az

Avtomobil sığortasında ödənişlər azalıb

Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.

2018-ci ilin yanvar-oktyabr dövründə sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 23 milyon 233 min manat sığorta haqqı hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,6% çoxdur. Ötən ilin yanvar-oktyabr dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 18 milyon 496 min manat sığorta haqları hesabalanmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Toplanmış sığorta haqlarının artmasına baxmayaraq ödənişlər 17,2% azalıb. 2017-ci ilin 10 ayı ərzində 9  milyon 261 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 7 milyon 667 min manata düşüb.

Marja.az