Azərbaycanda avtomobil satışlarının artması ilə avtonəqliyyat vasitələrinin sığortası (könüllü avtomobil sığortası, KASKO) üzrə toplanan sığorta haqları da artır.
2019-cu ilin yanvar-iyun dövründə (1-ci yarımildə) sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 16 milyon 411 min manat sığorta haqları hesablanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 858 min manat və ya 30,7% çoxdur. 2018-ci ilin yanvar-iyun dövründə avtonəqliyyat vasitələrinin sığortası üzrə 12 milyon 553 min manat sığorta haqları hesabalanmışdı.
2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında könüllü avtomobil sığortası üzrə ödənişlər 1 milyon 386 min manat və ya 32,7% çox olub. 2018-ci ilin 1-ci yarısında 4 milyon 228 min manat təşkil etmiş ödənişlər bu ilin eyni dövründə 5 milyon 614 min manat təşkil edib.
Marja