Avstraliya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib | Banco.az

Avstraliya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Ehtiyat Bankı faiz dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankı (RBA) bazar proqnozlarına uyğun olaraq faiz dərəcəsini dəyişməyib.

Avstraliya Ehtiyat Bankı (RBA) ardıcıl dördüncü iclasında göstərici kredit faizlərini 4,35 faiz səviyyəsində saxlayıb.

İqtisadçıların proqnozu da faiz dərəcəsinin dəyişməyəcəyi istiqamətində idi.

RBA Pul Siyasəti Komitəsi bildirib ki, yekun məlumatların ölkədə inflyasiyanın mülayim olaraq qaldığını, lakin azalmasının gözlənildiyindən daha yavaş getdiyini göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram