Avropalıları narahat edən məsələlər açıqlanıb | Banco.az

Avropalıları narahat edən məsələlər açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Avropalıların 93%-i yaşayış xərclərinin bahalaşmasından narahatdır.

Banco.az xəbər verir ki, bu barədə Avropa Parlamenti və “Eurobarometer”in araşdırmasında qeyd olunub. Yunanıstanda əhalinin demək olar ki, əksəriyyəti, Kiprdə 99%-i, İtaliya və Portuqaliyada isə 98%-i qiymət artımlarından daha çox narahatdır.

Eyni zamanda, Aİ sakinlərinin 82%-i yoxsulluq və sosial təcrid olunma məhdudiyyətlərindən narahatdır. Avropalıların 81%-i iqlim dəyişikliyindən və üçüncü ölkələrin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına cəlb olunmasından ehtiyat edir. Həmçinin avropalıların 49%-i artıq həyat səviyyəsinin aşağı düşdüyünü bildirib. Bu səbəbdən avropalıların rəsmi qurumlardan yaşayış dəyərlərini normallaşdıracaq yeni addımların atılmasını gözlədiyi qeyd olunur.

Qeyd edək ki, araşdırma 2022-ci il oktyabrın 12-dən noyabrın 7-dək dövrü əhatə edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram