Avropa Birliyinin üzvü olan Bolqarıstanda dünəndən başlayaraq əhali pullarını çıxarmaq üçün ölkənin 3 böyük bankına hücum edib.
Verilən məlumata görə, ajiotaj o qədər yüksək olub ki, bu gün Bolqarıstan Mərkəzi Bankı xüsusi bəyanat verməli olub. Mərkəzi Bankın iddiasına görə, bu, "ölkədəki maliyyə sistemini çökdürmək üçün edilən sistematik hücum"dur.
Məlumata görə, son iki gündə ölkədə bank səhmlərinin qiyməti 25% azalıb.
Mənbə: anspress.com