Müəllif - Aida İsaq, Banco.az
Avropa Statistika Bürosu ("Avrostat") 2021-ci il üzrə Avropada orta illik əmək haqqınının məbləğini açıqlayıb.
Banco.az xəbər verir ki, müvafiq göstəricinin 33500 avro səviyyəsində olduğu məlum olub.
Aİ-yə üzv ölkələr arasında 2021-ci ildə ən yüksək orta illik tam ştatlı əmək haqqı Lüksemburqda (72,200 avro) qeydə alınıb. Növbəti sıralamada Danimarka (63 300 avro) və İrlandiya (50 300 avro) gəlir. Ən aşağı hədd isə Bolqarıstan (10,300 avro), Macarıstan (12,600 avro) və Rumıniyada (13,000 avro) qeydə alınıb.
“Avrostat”ın ilk dəfə yayımladığı bu göstərici milli hesablar və işçi qüvvəsi sorğusu məlumatları toplusuna əsaslanır.
Bizi sosial şəbəkələrdən izləyin!!