“Atəşgah”ın rəhbərliyində dəyişiklik olub | Banco.az

“Atəşgah”ın rəhbərliyində dəyişiklik olub

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri -  “Atəşgah” Sığorta Şirkətində (SŞ) kadr dəyişikliyi baş verib.

Şirkətdən verilən məlumata görə, Atəşgah”ın İdarə Heyəti Sədrinin müşaviri vəzifəsini tutan Fərid Quliyev İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

F. Quliyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İqtisadi kibernetika ixtisası üzrə bakalavr, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Peşəkar fəaliyyətinə bank sektorunda başlayıb və bir sıra rəhbər vəzifələrdə çalışıb. 2016-cı ildən etibarən "Atəşgah"da çalışır.

Ən sərfəli kredit üçün müraciət et

F. Quliyevin  bu vəzifə üzrə səlahiyyətləri 13 fevral 2017-ci il tarixindən qüvvəyə minir.

Mənbə: Apa.az