“Atəşgah Sığorta”da yeni təyinat olub | Banco.az

“Atəşgah Sığorta”da yeni təyinat olub

“Atəşgah Sığorta” ASC-nin İdarə Heyəti sədrinə yeni 1-ci müavin təyin edilib. Bu vəzifə Tural Abbas oğlu Ağayevə həvalə edilib.

O, yeni vəzifəsində Vasif Eldar oğlu Əhmədovu əvəz edib.

Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i "İSR Holding" MMC-yə, 27%-i "Ran-Exim" MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az