“Atəşgah” səfər sığortası üzrə 36,2 min manat sığorta ödənişi edib | Banco.az

“Atəşgah” səfər sığortası üzrə 36,2 min manat sığorta ödənişi edib

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2017-ci ilin son altı ayı ərzində səfər sığortası üzrə ödənişlərini açıqlayıb. Sığorta şirkətindən Banco.az-a verilən məlumata görə, “Atəşgah” SŞ tərəfindən 2017-ci ilin iyul-dekabr ayları  üzrə ödənilmiş səyahət sığortasının ümumi məbləği  36, 287 AZN təşkil etmişdir.

2017-ci ilin son altı ayı ərzində “Atəşgah” Sığorta Şirkəti tərəfindən ödənilən ən yüksək məbləğli səfər sığortası 12, 717 AZN olmuşdur. Həmin ilin avqust ayında Türkiyə Respublikasında səfərdə olan, sığorta olunan şəxs səhhətində yaranan şikayətlər səbəbindən stasionar müalicə olunmuş, lakin tibbi xidmətlərə baxmayaraq vəfat etmişdir. Sığorta olunanın müalicə və cənazəsinin Azərbaycana gətirilməsi üzrə bütün xərclər “Atəşgah” SŞ tərəfindən qarşılanmışdır.

Ən sərfəli kredit üçün müraciət et

          Xatırladaq ki, artıq “Atəşgah” SŞ–dən səfər sığortasını daha tez və asan -  www.ateshgah.com saytı vasitəsilə onlayn əldə etmək mümkündür. 

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.