Azər Əliyev: “2017-ci il bizə hazırkı bazar şəraitinə uyğunlaşmağa və dayanıqlı olmağa kömək etdi”
Azərbaycanın lider sığorta şirkətlərindən olan “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ 2017-ci ilin nəticələrini açıqlayıb. Belə ki, şirkətdən Banco.az-a verilən məlumata görə “Atəşgah” SŞ-nin 2017-ci il üzrə hesablanmış sığorta haqqı 39, 069 682AZN olmuşdur. Verilmiş sığorta ödənişləri isə 17, 388 355AZN təşkil etmişdir ki, bu da 2016-ci il ilə müqayisədə 1, 527 173 AZN (9,63%) çoxdur.
Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər keçən il 10, 804 001AZN təşkil etmişdir ki, bu da 2016-ci ilin göstəricisi ilə müqayisədə 513, 693AZN(4,99%)çoxdur.
“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Şirkətində 2017-ci il üzrə hesablanmış sığorta haqları 39, 359 348AZN olmuşdur. Bu isə 2016-ci ilin göstəricisi ilə müqayisədə 2, 249 352 AZN (6,06%) çox olmuşdur. Verilmiş sığorta ödənişləri isə 54, 852 968 AZNtəşkil etmişdir ki, bu da 2016-ci il ilə müqayisədə 26, 539 194 AZN (93,73%) çoxdur. Həyatın yaşam sığortası üzrə isə ödənişlər52, 184 169 AZN olmuşdur ki, bu da 2016-ci ilin göstəricisi il ilə müqayisədə 25,124 482 AZN (92,85%) çoxdur.
Ümumilikdə 2017-ci il üzrə İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 1737978 AZN, həyat sığortasının digər növləri üzrə isə ümumilikdə 53876451 AZN ödənilmişdir.
“Geridə qoyduğumuz 2017-ci il, cari ildə bizə daha dayanıqlı olmağı, daha uzaqgörən olmağı öyrətdi. Hazırkı bazar şəraitinə uyğunlaşmaq üçün yeni planlar və strategiyalar qurmağa, onları həyata keçirmək üçün yollar axtarmağa kömək etdi və yeni bazarlarda xidmətlərimizi təklif etməyi tezləşdirdi. Ona görə, 2017-ci ili “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ üçün çox müsbət dəyərləndirirəm. Əminəm ki, bu il bizim üçün daha da uğurlu olacaq” – deyə, “Atəşgah” SŞ-nin İdarə Heyətinin sədri Azər Əliyev bildirib.
Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.