“AtaSığorta”nın rəhbərliyində yeni təyinat olub | Banco.az

“AtaSığorta”nın rəhbərliyində yeni təyinat olub

“AtaSığorta” ASC-nin rəhbərliyində yeni təyinat olub.

Şirkətin Direktorlar Şurasına müstəqil üzv qəbul edilib.

Məlumata görə, adıçəkilən vəzifəyə Rəşad Əliyev təsdiqlənib.

Qeyd edək ki, bununla da “AtaSığorta”nın Direktorlar Şurasında təmsil olunan şəxslərin sayı 3-ə çatıb. Hazırda Direktorlar Şurasının sədri Adıgözəl Ağayev, Direktorlar Şuraşının üzvü isə Rəşad Rəsulludur.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “AtaSığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Mənbə: Report.az