“Atasığorta”nın Direktorlar Şurasına yeni sədr təyin ediləcək | Banco.az

“Atasığorta”nın Direktorlar Şurasına yeni sədr təyin ediləcək

Noyabrın 12-si saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilməsi məsələsi daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, indiyə qədər sədr vəzifəsini icra edən Adıgözəl Ağayev həm də “Atasığorta”nın daxil olduğu “Ataholdinq” MMC-nin baş direktoru olub. Oktyabrın 15-də o, vəzifəsini tərk edib və yerinə Rəşad Rəsullu təyin olunub. Yeni baş direktor həm də “Atasığorta”nın DŞ-nin üzvüdür. Onun sədr vəzifəsinə gətiriləcəyi gözlənilir.