“AtaSığorta” ASC 2017-ci il üçün maliyyə hesabatını açıqlayıb.
2016-cı il ilə müqayisədə ötən il şirkətin cəmi aktivləri 2 mln. 531 min 206 manat və ya 7,85% azalaraq 29 mln. 700 min 931 manat olub. Hesabat dövrünün sonuna şirkətin cəmi uzunmüddətli aktivləri 2 mln. 615 min 365 manat, cəmi qısamüddətli aktivləri isə 27 mln. 85 min 565 manat təşkil edib.
Ötən il “AtaSığorta”nın nizamnamə kapitalı dəyişməyərək 12 mln. 400 min manat olub. Hesabat dövründə şirkətin cəmi kapitalı 16 mln. 517 min 210 manat təşkil edib. Bu, 2016-cı ildəki göstəricidən 262 min 416 manat və ya 1,56% azdır.
2017-ci ildə şirkətin cəmi öhdəlikləri 2 mln. 268,789 min manat və ya 14,68% azalaraq 13 mln. 183 min 721 manata düşüb. Hazırda “AtaSığorta”nın cəmi uzunmüddətli öhdəlikləri 13 mln. 181 min 883 manat, cəmi qısamüddətli öhdəlikləri 1837,89 manat təşkil edib.
Hesabat dövründə şirkətin gəlirləri 17 mln. 205 min 586 manat, xərcləri 16 mln. 148 min 721 manat olub. “AtaSığorta” 2017-ci ildə maliyyə mənfəəti 1 mln. 56 min 866 manat olub.
Apa.az