Arzu edilən gələcəyi xəyal edərkən bu 4 məsləhətə diqqət edin | Banco.az

Arzu edilən gələcəyi xəyal edərkən bu 4 məsləhətə diqqət edin

İdeal iş və ya arzuladığınız karyeranı düşünərkən siz özünüzü motivə etmiş olursunuz. Bununla belə siz öz bacarıq və potensialınızı sağlam düşüncə ilə dəyərləndirməniz lazım gələcəkdir. Arzularınızın yerinə yetməsi üçün onlar kifayət edirmi?

Daha doğrusu ideal karyeranın qurulmasında vacib addım sizin mövcud güclü və zəif tərəflərinizin dəyərləndirilməsidir. Bu dəyərləndirmə yalnız arzularınıza çatmaq şansınızın olub-olmadığını başa düşmək üçün deyildir. Bu həmçinin sizə arzularınızın reallığa çevrilməsi üçün bəzi bacarıqlarınızın müəyyən edilməsinə kömək edəcəkdir.

Arzu edilən gələcəyi xəyal edərkən bunu konstruktiv şəkildə etmək lazımdır. Bu işdə sizə aşağıdakı məsləhətlər kömək edə bilər:

  • Yanlış fikirlərdən azad olun.

Öz leksikonunuzdan “bacarmaram”, “mümkün deyil” və “heç vaxt” kimi sözləri kənarlaşdırın. Real məhdudiyyətləri siz daha sonra əlavə edə bilərsiniz. Başlanğıc olaraq nə istədiyinizi müəyyən etmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

  • Özünüzə vaxt verin.

Sizə arzu və ideyalarınızı tələsmədən götür-qoy etmək üçün vaxt lazımdır.

  • Sizə maneçilik törədilməsi ehtimalı olan vəziyyətlərdən uzaqlaşın.

Elə bir vaxt seçin ki, sizi işinizdən yayındırmasınlar. Əgər sizə maneçilik törədiləcəyi haqqında düşünsəniz fikirlərinizi toplaya bilməyəcəksiniz.

  • Hazır olun.

Məhsuldar ideyaları qeyd etmək üçün kağız və qələm hazırlayın. Karyeranı düşünmək prosesi beynin bir dəfəlik məşqi mənasına gəlməməlidir. Fikirlərinizin mütəmadi olaraq tələblərinizin üzərində cəmləşdirilməsi hara getməkdə və istiqaməti dəyişməkdə faydalı məşğələ olacaqdır.

moneta.az