"Apple" qadın işçilərinə kişilərlə müqayisədə az maaş verməkdə ittiham olunur | Banco.az

"Apple" qadın işçilərinə kişilərlə müqayisədə az maaş verməkdə ittiham olunur

Müəllif:Ayşən İmanova/Banco.az

“Apple” şirkətinin iki əməkdaşı Kaliforniyada 12 mindən çox hazırkı və keçmiş mühəndislik və marketinq üzrə qadın işçilər adından şirkəti məhkəməyə verib.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Onlar iddia edirlər ki, şirkət sistematik olaraq analoji iş üçün qadınlara kişilərdən daha az maaş verir.

Şikayətə görə, "Apple" işçilərin başlanğıc maaşlarını əvvəlki iş yerlərindəki maaşlarına və ya "ödəniş gözləntilərinə" əsaslandırır və bu, qadınlar üçün maaş dərəcələrinin aşağı düşməsinə səbəb olur.  Şikayətdə həmçinin iddia edilir ki, "Apple"ın maaş artımı və bonuslar təyin etmək üçün istifadə etdiyi performans qiymətləndirmə sistemi qadınlara qarşı qərəzlidir.
İddiaçılar məhkəmədən şirkətin hərəkətlərinin qanunsuz hesab edilməsini və kompensasiyanın ödənilməsi ilə bağlı qərar çıxarılmasını tələb edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et