Apple firmasının bu yeni məhsulu sayəsində artıq əşyalarınız itməyəcək | Banco.az

Apple firmasının bu yeni məhsulu sayəsində artıq əşyalarınız itməyəcək

Tamara Mustafayeva, Banco.az

Adətən evdən çıxarkən unutduğumuz nə isə qalıbmı deyə dəfələrlə yoxlayırıq, ancaq bununla belə yenə də kiçik əşyalar, məsələn açarlar gözümüzdən yayınır. Apple firması da bu problemi aradan qaldırmaq üçün yeni məhsul istehsal edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, texnologiya nəhəngi Apple CEO Tim Kukun ev sahibliyi etdiyi "Spring Loaded" tədbirində sözügedən məhsulu açıqlayıb.

Əslində bu yeni məhsulu təkcə açarlara deyil, bir çox əşyalara da taxmaq mümkündür. Kiçik metaldan ibarət olan məhsul itirə biləcəyimiz əşyalara taxıldıqdan sonra Apple cihazlarında "Tətbiqimi Tap" seçimini sözügedən məhsulla əlaqələndirərək istifadə edilir. Daha sonra isə geriyə iPhone vasitəsilə əşyanın olduğu yerə istifadəçini yönləndirən xəritəni izləyərək itən əşyanı tapmaq qalır.

Qeyd edək ki, şirkət "AirTag" adlandırılan bu yeni məhsul üçün fərqli və əyləncəli reklam filmi də yayımlayıb. Reklam filmində açarlarını itirən adam "AirTag" vasitəsilə səyahətə çıxır və təkcə açarları deyil, bir çox başqa əşyasını da tapır.

Ən sərfəli kredit üçün müraciət et

23 apreldən etibarən ilkin sifarişlərin qəbul edilməyə başlandığı "AirTag" 30 apreldə istifadəçilərə çatdırılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram