AMB: MİDA-nın mənzillərinin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq | Banco.az

AMB: MİDA-nın mənzillərinin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq

2024-cü il III rüb üzrə nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda sərtləşmə davam edib. Sərtləşmə bankların daxili resurslar hesabına verilən ipoteka kreditləri üzrə olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Qeyd edilib ki, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına verilən ipoteka kredit standartlarında dəyişiklik müşahidə edilməmişdir. Banklar növbəti rübdə həm İKZF hesabına verilən kreditlər, həm də daxili ipoteka kreditləri üzrə kredit standartlarında dəyişiklik olmayacağını gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

2024-cü ilin III rübündə cəmi ipoteka kreditlərinə tələb azalmışdır. Respondentlərin cavablarına görə tələbdəki azalmanın əsas drayveri daxili ipoteka kreditləri olub. Banklar tələbin azalmasına təsir göstərən faktor kimi faiz dərəcələrinin artımını göstərmişdir. Bankların gözləntilərinə əsasən növbəti rübdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) regiondakı layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələb artacaq.

apa