Amazon ilk 3D smartfonunu təqdim edib | Banco.az

Amazon ilk 3D smartfonunu təqdim edib

Dünyanın ən böyük onlayn hərraclarından olan Amazon.com şirkəti 3D displeyə malik Fire Phone-u təqdim edib.

Şirkətin ilk smartfonunu Amazon-un baş direktoru Cef Bezos ABŞ-ın Siettl şəhərində keçirilmiş konfransda təqdim edib.

Smartfonun əsas yeniliyi istifadəçiyə xüsusi eynəklərdən istifadə etmədən üçölçülü görüntüyə baxmaq imkanı verən displeydir. Əvvəllər Evo 3D adlı smartfonu HTC şirkəti istehsal edirdi və bu model populyar olmamışdı.

Fire Phone-da isə istifadənin ekrana baxdığı istiqaməti izləməklə 3D effekti gücləndirən Dynamic Perspective texnologiyasından istifadə olunur.

3D displeydən internet "serfinq"i və alış-veriş üçün istifadə etmək olar. Bundan başqa, istifadəçi ekrana toxunmadan, sadəcə telefonu gərəkli istiqamətə əyməklə menyunun bölmələrini aça bilər.

Ən sərfəli kredit üçün müraciət et

13 meqapiksellik əsas kamerası olan Fire Phone sahibinə Amazon Cloud "bulud" servisində fotoları saxlamaq üçün məhdudiyyətsiz yer verilir.

Firefly menyusuna toxunanda smartfon jurnal, QR-kod, telefon nömrəsi və ya TV verilişin şəklini çəkir, onları tapmağa çalışır və sonra da elektron analoqu Amazon dükanında almağı təklif edir.

Smartfon fon səsləri arasında mahnılarla verilişləri də "tanıyır", onları Amazon.com-da almağı təklif edir.

4,7 düymlük displeyi Gorilla Glass şüşəsindən hazırlanmış smartfonun 4 nüvəli, 2,2 qiqahers tezlikli Snapdragon 800 prosessoru və Adreno 339 videomodulu var. Smartfon 2 qiqabaytlıq operativ yaddaşa malikdir.

Fire Phone-un 32 qiqabayt yaddaşlı versiyası 650 dollara, 64 qiqabaytlıq versiyası isə 750 dollara satılacaq.

Mənbə: milli.az