27 noyabr 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası Səhiyyə Nazirliyi yanında Beynəlxalq Səhiyyə Xidmətləri Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri CevatŞengül və baş direktor Mehmet Ali Kılıçkayanıqəbul edib. Görüşdə həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi CengizGüneş vəAgentliyin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazoviştirak ediblər.
Görüşü giriş sözü ilə açan Zaur Əliyev qonaqları salamlayıb və Azərbaycan-Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı bir sıra ölkələrin, o cümlədən Türkiyə Respublikasının təcrübəsi öyrənilib. Z.Əliyevgələn ildən etibarən ölkədə icbari tibbi sığortaya keçid və keçidlə əlaqədaraparılan hazırlıq və maarifləndirməişləri, həmçinin pilot layihə çərçivəsində Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələri barədə də məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən CevatŞengül ilk növbədə sədri olduğu cəmiyyətin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Oəsas hədəfin Türkiyəni dünyanın öndə gedən səhiyyə xidməti təchizatçılarından birinə çevirmək olduğunu qeyd edib. Bununla bağlı, beynəlxalq səviyyədə Türkiyədə göstərilənsəhiyyə xidmətlərinin tanıdılmasını və ictimai, özəl sektorun sağlamlıq turizminə istiqamətli fəaliyyətlərini dəstəklədiklərini, bu prosesləri koordinasiya etdiklərini, səhiyyə xidmətlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıvə akkreditasiya meyarlarımövzusunda Səhiyyə Nazirliyinə təkliflər irəli sürdüklərini vurğulayıb.
Görüşdə həmçinin icbari tibbi sığorta sistemi çərçivəsində göstərilən səhiyyə xidmətlərinin rəqabət gücününqiymətləndirilməsi, icbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlərin imkanlarının tanıdılması, o cümlədən keyfiyyətli tibbi xidmətlərin əlçatanlığının təmin olunması nəticəsində sağlamlıq turizminin inkişaf etdirilməsimövzuları müzakirə olunub.
Görüşün sonunda C.Şengül Azərbaycanda yeni başlanacaq icbari tibbi sığorta sistemi ilə bağlı atılan addımları dəstəklədiyini və səhiyyə xidmətləri istiqamətində istənilən təklif və tövsiyələrinverilməsinə hazır olduğunu bildirib.