AFB Bank-ın mənfəəti 5 dəfə azalıb | Banco.az

AFB Bank-ın mənfəəti 5 dəfə azalıb

AFB Bank 2017-ci ilin ikinci rübünə olan maliyyə hesabatlarını açıqlayıb. 

İkinci rübdə bankın cəmi aktivləri elə həmin ilin birinci rübü ilə müqayisədə 80 mln. manat artaraq 397,981 mln. manat olub. Lakin bankın öhdəliklərində də ciddi artım müşahidə olunub. Birinci rübə nəzərən bankın cəmi öhdəlikləri 83 mln. manat artaraq 318,582 mln. manata çatıb.

Bankın kredit portfeli 203,815 mln. manat, depozit portfeli isə 174,649 mln. manat həcmində qeydə alınıb. Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmində artım müşahidə olunub. Belə ki, cari ilin ilk rübünə nəzərən ikinci rübdə depozit portfelində 58% artım var. Bunun əksinə olaraq kredit portfeli 3,2% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bankın kapitalı 79,399 mln. manat təşkil edib. Qeyd edək ki, bankın kapitalı 2017-ci il 31 mart tarixinə 82173.49662 təşkil edirdi.

AFB Bankın əməliyyat mənfəəti 4,42 mln. manatdan 8,967 mln. manata qədər artsa da xalis mənfəəti azalıb. Belə ki, bank ehtiyatlara ayırmalarını 3,545 mln. manatdan 8,794 manata çatdırıb və nəticədə, bankın xalis mənfəəti 876 min manatdan 5 dəfə azalaraq 173 min. manata düşüb.