Azərbaycan Əmanətlərin Sığortanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov özünə müşavir təyin edib. Bu vəzifəyə Elşən Kərimov gətirilib.
O, artıq vəzifələrinin icrasına başlayıb.
Xatırladaq ki, E.Kərimov bundan əvvəl Azərbaycan Mərkəzi Bankının ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin istehlakçıların hüquqlarının qorunması şöbəsinin müdiri, hazırda ləğvetmə prosesində olan "Parabank" ASC-nin hüquq şöbəsinin müdiri, eləcə də "Nikoil Bank" ASC-nin hüquq şöbəsinin müdiri olub.
Mənbə: Report.az