Tamara Mustafayeva, Banco.az
Dünyaca məşhur idman geyimləri markası Adidas əfsanəvi "Impossible Is Nothing" ("Heç nə imkansız deyil") kampaniyasına yenidən müraciət edərək hazırladığı 20 reklam filmindən ibarət silsilə ilə dünyanın ilhamlandığı məşhur simaların hekayələrini tamaşaçılara çatdırır.
Sözügedən reklam filmləri boyunca Amerikalı tanınmış müğənni Boyense, fransız futbol ulduzu Pol Poqba, Braziliyalı voleybolçu Tiffany Abreu, Misirli futbolçu Məhəmməd Salah, Cənubi Afrikalı reqbi oyunçusu Siya Kolisi və Nigeriya əsilli Amerikalı basketbolçu Nneka Ogwumike-nin də daxil olduğu dünyaca məşhur şəxslərin özlərinə məxsus həyat və uğur hekayələri evdən çəkilən kadrlar istifadə edilməklə daha təsirli dillə nəql edilib.
Bu silsilə reklam filmləri fürsətləri dəyərləndirməyə və idmanın insan həyatlarını dəyişdirmə gücünə işıq tutmağa fokuslanır. Bütün dünya üçün birlikdə daha yaxşı gələcək formalaşdırmağın mümkün olması ideyasından yola çıxılaraq hazırlanan filmlər insanları xəyallarının sərhədlərini genişlətməyə, idmana təşviq etməyə və bu vasitə ilə bir araya gəlməyə səsləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!