ABB ipoteka faizlərini artırmaq niyyətində deyil | Banco.az

ABB ipoteka faizlərini artırmaq niyyətində deyil

Azərbaycan Beynəlxalq Bankı (ABB) öz vəsaiti hesabına verdiyi ipoteka kreditlərinin illik faiz dərəcəsini hələ artırmaq niyyətində deyil. Bu barədə ABB-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev məlumat verib.

Onun sözlərinə görə, kreditlərin bahalaşdırılması bu sahədə problem yarada bilər: "Odur ki, hələlik faizin artırılması barədə düşünmürük. Bu göstəricinin 10% civarında qalması məqbul hesab edilir".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABB sonuncu dəfə bu ilin avqust ayından ölkədəki tikinti şirkətləri ilə əməkdaşlıq çərçivəsində verdiyi ipoteka kreditlərinin illik faiz dərəcəsini 2 faiz bəndi artırıb. 

Mənbə : report.az

Ən sərfəli krediti almaq üçün müraciət et