ABA-nın prezidenti Zakir Nuriyev “Tərəqqi” medalı ilə təltif edilib | Banco.az

ABA-nın prezidenti Zakir Nuriyev “Tərəqqi” medalı ilə təltif edilib

Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Tərəqqi” medalı ilə təltif edilib.

ABA-dan banco.az-a verilən məlumata görə, Zakir Nuriyev Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə  “Tərəqqi” medalına layiq görülüb.

Xatırladaq ki, Zakir Nuriyev  1993-1998-ci illərdə “Rabitəbank” SKB-nın İdarə Heyətinin Sədri vəzifəsində çalışıb və  1998-ci ildən hal-hazıradək “Rabitəbank” ASC-nin Müşahidə Şurasının Sədri vəzifəsini yerinə yetirir.

Ən sərfəli kredit üçün müraciət et

1996-cı ildə Azərbaycan Banklar Assosiasiyasının prezidenti vəzifəsinə seçilib və 2006-cı ilə qədər həmin vəzifədə çalışıb.

2006-cı ildən 2015-ci ilədək Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü olub. 2015-ci ildən yenidən Azərbaycan Banklar Assosiasiyasının prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş digər şəxslərin siyahısı ilə tanış olmaq üçün keçidə daxil ola bilərsiniz.