50 yaşında bir adamın ad günündə yazdığı 21 maddəlik həyat dərsi | Banco.az

50 yaşında bir adamın ad günündə yazdığı 21 maddəlik həyat dərsi

Hər gün nə qədər axmaq olduğumu daha yaxşı başa düşürəm. Axmaq olmaq normaldır, amma mən 18 yaşımda dahi olduğumu fikirləşdirdim. İndi isə  əslində axmaq olduğumun fərqinə varmışam. 

1) Təcrübə madiyyatdan daha önəmlidir. 

Əgər  nəyisə pulsuz işləməyin qarşısında öyrənəcəksinizsə bundan imtina etməyin. Cibinizdəki pul qurtara bilər, amma öyrəndikləriniz yox.

2) Həyatda ən düzgün karyera seçimi düzgün həyat yoldaşı seçimidir.

Seçdiyiniz həyat yoldaşı ömrünüzün sonuna qədər sizinlə olacaq. Dərdlərinizi və sevinclərinizi bölüşəcəksiniz. Problemlərinizdə sizinlə birgə həll yolu tapacaq. Yuxusuz gecələrinizdə sizinlə oyaq qalacaq. Sizə dəstək olacaq. Əslində heç boş yerə deyilməyib ki, hər uğurlu bir kişinin arxasında bir qadın dayanır :)

3) Pulla əlaqəli 3 bacarıq vardır. İlki onu qazanmaq, sonra əldə saxlamaq, daha sonra isə çoxaltmaq

Pul pulu çəkər deyiblər. Pul qazanmağa başladığınız gündən etibarən, onun davamlılığını artıırn.

4) Övlad sahibi olmaq həm qorxunc bir hadisədir, həm də mükəmməl bir qərardır. 

Övladınız sizin gələcəyə investisiyanızdır. Əgər onu qoruya bilsəz, müsbət tərəfləri çoxdur.

5) Kim nə deyir desin, 8 saatlıq yuxudan daha effektiv vasitə yoxdur.

Yaxşı yuxu, yaxşı qərarlar demək. Yaxşı qərarlar yaxşı bir gün deməkdir.

6) Yaşınız ilərlədikcə yediyiniz yeməyin miqdarını azaldın. Ümumiyyətlə yaş artdıqca idman etməyin o qədər də faydası olmur.

Qarnınız doysa da gözünüz doymaya bilər. Lakin unutmayaq, insan doyub-doymadığını 20-25 dəqiqə sonra anlayır.

7) İnsanların sizin haqqınızda nə düşündüyünə əhəmiyyət verməyin. Düzü bu yazıldığı kimi asan olmur, amma yenə də cəhd edin.

Bu həyat sizindir. Başqalarının fikri ilə yaşamağa ehtiyac yoxdur.

8) Əlaqə qurduğunuz insanlara öz  övladınız kimi yanaşın və təsəvvür edin ki, qarşınızdakı insanın bir günlük ömrü qalıb.

Yaxşı nitq sahibi olmaq üçün yaxşı dinləyici olun.

9) Əsəb əslində nədənsə narahat olduqda baş verər. Odur ki, əsəbləşmədən öncə nədən narahat olduğunuzu tapın.

Deyilənə görə, tez-tez əsəbləşən insanlar da beyin fəaliyyəti normal işləmirmiş

10) Hər 5 ildən bir həyatınızda ciddi dəyişikliklər edin. Əks təqdirdə həyat çox cansıxıcı olar.

Dəyişiklik inkişaf deməkdir. Odur ki, dəyişək, inkişaf edək.

11) Hər gün yaradıcılığınız artırın. Yaradıcılıq bir əzələ kimidir, üzərində işləməzsəniz artmaz. 

Kreativ insanlar da yaradıcıdır. Onlar haqqında bildiyim üç həqiqət var, birincisi fərqli düşünmələri, ikincisi bol enerjili olmaları, üçüncüsü tez həll yolu tapmaları.

Ən sərfəli kredit üçün müraciət et

12) Minnətdarlıq və şikayət etmək eyni anda olmur.  Buna görə də , bu iki variantdan birini seçin.

Heç vaxt mənfi və müsbət güclər yan-yana gəlməz. Yoxsa hər ikisi parçalanar.

13) Oxumaq, həyata yerləşdirə bilməcəyiniz qədər bilgi deməkdir. Bol bilginin ziyanı yoxdur.

İnsan deyə bilməyəcəyi sözləri kitablarda tapar. Həqiqətən də oxucular bilir ki, sözlər qəlbin aynasıdır.

14) Həyatda ən çox etmək istədiyiniz 25  məsələnin siyahısını tutun və onlardan ən vacib 5-ni seçib qalanlarını zibil qutusuna atın. Əks təqdirdə beyniniz qarışacaq.

Çox klassik bir cümlə işlədəcəm. Həyat uzun bir maratondur. Ona görə də vaxt keçməsi üçün nəyləsə məşğul olmaq lazımdır.

15) Uğurun 99%-i çalışmaq, 1%-i bacarıqdır.  Bacarıq mühərrik isə, çalışmaq benzindir. 

Təbii ki, şans faktoru da var. Amma onun faizi elə bacarığın içindədir. 

16) Tez-tez gülməli filmlər izləyin. Mümkünsə hər gün. Çox gülmək ömrü uzadır deyirlər.

Gülüş bəzi yatmış hüceyləri oyadır və aktiv qalmasına nəzarət edir.

17) Axmaqca hərəkətlər etmədən dahi və uğurlu olmanız mümkün deyil.

Elmi araşdırmalar göstərir ki, dünyada uğurlu olmuş insanların çox hissəsi bizə görə  əvvəl axmaq işlərlə məşğul olub.

18) Tüm problemlərinizi bu gün həll etməyə çalışmayın.

Demirəm bu günün işini sabaha qoyun. Amma sabahın da işini bu gün həll etməyin.

19) Nə qədər az şeyə sahib olarsanız, o qədər az şey sizə sahib olar.

Əslində  həyatın xülasəsi budur. Bizim sahib olduqlarımız əslində bizə sahib olanlardır. 

20) Sizə nifrət edən biriylə qarşılaşdığınızda onların gözünüz içinə baxaraq, salamlaşın və təbəssümü yaddan çıxartmayın.

Başa düşürəm, bunu etməyə bir məna tapa bilməmisiniz. Lakin siz  ən böyük qələbənizi ona qarşı nəzakətlə davaranaraq ala bilərsiniz. 

21) Kiməsə qarşı kobud olmaq sizə nəsə qazandırmayacaq. Qarşınızdakını anlamağa çalışın və istədiyi nə olursa olsun bunu bacara biləcəyini söyləyin.

İnsanlar bəzən motivasiyaya ehtiyac duyarlar və buna görə sizdən motivasiya tələb edərlər. Düzdür, mən də başa düşmürəm bunu. Amma insan psixologiyası nəticədə. 

QEYD

Həyatda məqsədiniz olsa, məqsədiniz üçün səy göstərsəniz və ona çatana qədər əlinizdən gələn hər şeyi etsəniz demək olar ki missiyanızı tamalamısınız, o alınmasa belə :)

Xəzər Aslanov. Banco.az

İş müsahibəsində 4C prinsipi