5 başlıqda ilin sonuncu həftəsi necə keçdi | Banco.az

5 başlıqda ilin sonuncu həftəsi necə keçdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu həftə dünya mətbuatının gündəmində il sonu hesabatları və Çindəki vəziyyət olub.

Banco.az ilin sonuncu iş həftəsinin əsas gümdəm xəbərlərini təqdim edir.

1. Çinin iqtisadi fəaliyyəti zəifləmək üzrədir

Çində dekabr ayı üzrə iqtisadi aktivlik noyabr ayı ilə müqayisədə azalıb. Bu, pərakəndə satışlara da mənfi təsir göstərib.

2. Dünyada turistlərin ən çox səfər etdikləri şəhərlər bəlli olub

Müxtəlifliyinə görə illərdir turistlər tərəfindən böyük rəğbət görən bu şəhərlərə Tailandın paytaxtı Bankok başçılıq edir. Onu Paris, London,  Dubay, Sinqapur, Kuala Lumpur, Nyu-York, İstanbul, Tokio və Ankara izləyir.

3. Çin pasport və viza prosedurlarını yenidən başladıb

Çində pandemiya tədbirlərinin yumşaldılması istiqamətində atılan növbəti addım ölkə vətəndaşlarının pasport müraciəti və təsdiqi ilə bağlı standart proseslərinin 8 yanvar 2023-cü il tarixindən etibarən yenidən başladılması qərarının verilməsi olub.

Ən sərfəli kredit üçün müraciət et

4. Texnologiya nəhənglərinin cari ildə nə qədər pul itirdiyi açıqlanıb

10 texnologiya nəhəngi 2022-ci ildə ümumilikdə 457 milyard dollar vəsait itirib. Ən əsas  itki isə 140 milyard dollarla “Tesla”, “SpaceX” və “Twitter” şirkətlərinin sahibi İlon Maska üz verib.

5. Səudiyyə Ərəbistanı və Yaponiya arasında yaşıl enerji sazişi imzalanıb

Hər iki ölkənin iqtisadiyyat nazirləri karbon iqtisadiyyatı, karbonun təkrar emalı, təmiz hidrogen və yanacaq ammonyak sahələrində əməkdaşlıq sazişi imzalayıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram