4 sığorta şirkətinin ödənişləri yığımlarından dəfələrlə çoxdur | Banco.az

4 sığorta şirkətinin ödənişləri yığımlarından dəfələrlə çoxdur

2018-ci ilin yanvar ayı ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 23 mln.manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

Bildiyimiz kimi sığorta şirkətlərinin gəlirinin əsasını toplanılan sığorta haqlarının sığorta ödənişlərindən çox olan hissəsi təşkil edir. Bəzi sığorta şirkətlərinin ödədiyi sığorta haqları isə onların topladığı sığorta haqlarından çoxdur. Həmin şirkətlərin böyük hissəsini həyat sığorta şirkətləri təşkil edir. Ödənişləri yığımlarından çox olan sığorta şirkətləri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Sığortaçının adı

 Sığorta Haqları

(min manat)

Sığorta Ödənişləri

(min manat)

Sığorta ödənişinin sığorta haqqına nisbəti

“Qala Həyat” Sığorta

954,9  

3 258,7  

3,41

“Atəşgah Həyat” Sığorta

3 039,0  

4 373,0  

1,44

“Azərbaycan Sənaye Sığorta”

182,0  

237,1  

1,30

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti

462,0  

584,2 

1,26

Ən sərfəli kredit üçün müraciət et