30 yaşından əvvəl necə milyoner olmaq olar? | Banco.az

30 yaşından əvvəl necə milyoner olmaq olar?

30 yaşından əvvəl milyoner olmaq mümkündürmü? Yaxşı bir işdə çalışaraq əlavə gəlir əldə etmənin üsullarını tapsanız, eləcə də, xərclərinizə diqqət etsəniz, niyə də olmasın. Əgər edə biləcəyinizə inansanız, bilərsiniz. Əhəmiyyətli olan özünə inamdır. Bu xəbərimizdə, 30 yaşına gəlmədən əvvəl milyoner olmaq üzrə həyat koçundan dəstək alan və bir neçə adama kömək olan on həyat qaydasına toxunacağıq.

1. Mümkün qədər erkən davranın

29-cu ad gününüzün səhərində oyanıb növbəti il ərzində milyoner olacağınızı elan etməniz mümkün deyil ... Çünki, milyoner olmaq üçün; fədakarlıqlar, intizam və uzun müddətli planlaşdırma lazımdır. Mümkün qədər erkən qazanc təmin etməyə başlamalısınız. Təşəbbüskar və yazar Dale Partridge, blog səhifəsindəki The Daily Pozitif adlı yazısında; "2002-ci ildə liseydəykən yalnız şagird idim. Amma 30 yaşına gəldiyimdə nələr istəyəcəyimi bilirdim. Harada yaşayacağımı, evlənib uşaq sahibi olub olmayacağımı, iş ya da universitetə başlasam da nə cür azadlıqlara sahib olacağımı və daha çoxunu ... "

Partridge bu viziona necə çatacağını, hansı davranışları mənimsədiyini, pulunu necə xərcləyəcəyini təyin etdi. Heç bir şeyi şansa buraxmadı.

2. Pulu izləməyə başlayın

Müəllif və radio aparıcısı Grant Cardone, "Bugünün iqtisadi mühitində milyonerliyə gedən yolda qənaət edə bilməzsiniz. İlk addım gəlirinizi artırmağa və təkrar etməyə fokuslanmaqdır. Gəlirim ayda 3.000 dollar idi və doqquz il sonra ayda 20.000 dollara çıxdı. Cardone, "pulu izləməyə başlayın, bu, sizi gəlirinizə nəzarət etməyə və fürsətləri görməyə məcbur edəcək "deyir.

3. Zehninizi inkişaf etdirin

Stanford Universitetindən psixoloq Carol Dweck, illərcə araşdırma etdikdən sonra, insan beyninin yumşaq olduğunu kəşf etdi. Qabiliyyət kimi xüsusiyyətlərin, sabit bir zehnin olduğuna inanan insanların əvəzinə,zehnin inkişafına inanan insanlar, yeni qabiliyyət və bacarıqları inkişaf etdirmə mövzusunda çox çalışırlar.

Məsələn; vəzifənizdə bir irəliləyiş əldə etsəniz, digərlərinin hansı səbəbdən irəlilədiklərini araşdırın və bir sonrakı irəliləyişlər üçün daha çox çalışın. Əhəmiyyətli olan mövzu işə nə qədər istəkli olduğunuzdur. Asanlıqla web seminarlar, kitablar və rəhbərlər vasitəsilə yeni məlumatlar əldə edə bilərsiniz. Bu məlumat, sizin üçün həm fərdi, həm peşə həyatınızda lazımlı olacaq. 

4. 50/20/30 büdcəsinin tətbiqi

Hədəfiniz milyonerlikdirsə; büdcənin idarə edilməsi çox əhəmiyyətlidir. Xərclərinizi idarə edə bilməsəniz qənaət də edə bilməyəcəksiniz. Hər kəsin müxtəlif gəlir və xərcləri olduğu üçün tək bir büdcəyə uyğun bir büdcə idarəsi yoxdur, ancaq 50/20/30 büdcəsi başlamaq üçün mükəmməl bir addımdır.

Qısaca necə bir qənaət planı edə biləcəyinizdən bəhs edək: Kompleks bir maliyyə plan yaratmaq yerinə, sadə bir büdcə yaradın: Mülk, yemək, nəqliyyat kimi zəruri xərclər üçün gəlirinizin 50%-i bir kənara qoyun. Daha sonra, gəlirinizin 20%-i qənaət planlarına, borc ödəmələrinə, pis gün fonlarına və pensiyaya ayırın. Şəxsi xərclər üçün; mobil telefon fakturası, yoldaşlarınızla çöldə yemək yemək, idman salonu üzvlükləri və həftə sonu istirahətlərinə gəlirinizin 30%-dən çoxunu ayırmayın.

Ən sərfəli kredit üçün müraciət et

5. Doğru məqsədlər üçün pulunuzu yığın

Cardone'dan bir ipucu: "Qənaət etmənin tək səbəbi, investisiya etməkdir". Qənaət etdiyiniz pulu "etibarlı hesablara" yerləşdirin. Nə etsəniz edin, bu hesablara toxunmayın, təcili bir vəziyyət olsa belə ... İl ərzində bir neçə dəfə pulsuz qalmış ola bilərsiniz, ancaq yuxarıda da deyildiyi kimi milyoner olmaq üçün fədakarlıq şərtdir.

 

6. Çətinliklə dost olun

Hamımızın bəzən, heç bir şey etməməyə ehtiyacı vardır. Bunu meditasyon edərək, kitab oxuyaraq ya da yeni bir şeylər öyrənərək qiymətləndirmək mümkündür. Bu kiçik şeylər, yalnız maliyyə hədəflərinizə nail olmağınıza kömək etməyəcək, lakin bu yolla zehni və fiziki olaraq sağlam və məhsuldar qala bilərsiniz. 

7. Qənaətcil olun

Zənginlərin, qənaətcil olduğunu öyrəndiyinizdə təəccüblənə bilərsiniz. Onlar da bir çox insan kimi ən yaxşı endirimlər üçün alış-veriş edə və əyləncələrini məhdudlaşdıra bilərlər. Bu isə yalnız xərclərinizə diqqət yetirməli olduğunuzu göstərir. Məsələn, yoldaşlarınızla hər həftə evdən kənarda axşam yeməyi etmək yerinə bunu, ayda bir dəfə ilə məhdudlaşdırmaq kimi ... Və ya yaradıcı olub yoldaşlarınızı bir oyun gecəsi üçün evinizə dəvət edə bilərsiniz.

8. Borcunuzu idarə edin

Pul yatırmağa başlamadan əvvəl, tələbə kreditləri və ya kredit kartları kimi gərəksiz borclardan xilas olun. Faizli xərclədiyiniz pul məhsuldar məqsədlər üçün istifadə edilməlidir. Bir kredit kartınız varsa, yalnız hər ay ödəyə biləcəyiniz qədər xərcləyin. Doğru istifadə edildiyində, kredit kartlarında əlavə ballar və mükafatlar qazana bilərsiniz.

9. Əlaqələrinizi genişləndirin

How People 's Think yazarı Steve Siebold, "Bir çox hallarda, dəqiq dəyəriniz ən yaxın yoldaşlarınızın səviyyəsini əks etdirməkdədir" deyə açıqlayır.

İndi müvəffəqiyyətli insanları ictimai mediadan təqib edə bilərsiniz. Başqa bir sözlə, hər zaman müvəffəqiyyətli insanlarla yalnız qarşı-qarşıya olmanız lazım deyil. Artıq milyonerlərlə, online ünsiyyət qurma gücünə sahibsiniz.

30 yaşına gəldiyinizdə milyoner olmanız üçün; bu müddətcə hədəfinizə çatmaq üçün fədakarlıqlar etməli və intizamlı olmalısınız.

Əgər, 30 yaşına qədər çox pul yığa bilməmisinizsə və uğursuz olmusunuzsa bəlkə də bunun mümkün olduğunu bilmirdiniz. Ancaq, indi bir hədəf təyin edin və eyni texnikaları istifadə edərək tətbiqə başlayın. Bir neçə il çətinlik çəkə, ancaq əziyyətinizin qarşılığını görə bilərsiniz.