Müəllif: Tamara Mustafayeva, Banco.az
Biznes və iqtisadiyyat jurnalı “Forbes” 2022-ci ilin ən çox qazanan 10 idmançısını müəyyən edib.
Banco.az xəbər verir ki, siyahıya 130 milyon dollar gəlirlə Lionel Messi başçılıq edir.
Lakin "Mançester Yunayted"lə yollarını ayıran Kriştiano Ronaldonun "Əl-Nəsr"ə rəsmi transferindən sonra siyahının ilk pilləsindəki ad dəyişəcək.
Belə ki, dünya mətbuatı Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanına məxsus "Əl-Nəsr" klubu ilə 2,5 illik müqavilə imzalayacağını və illik 200 milyon avro (təxminən 210 milyon dollar) qazanacağını yazıb.
Odur ki, portuqaliyalı ulduz "Əl-Nəsr"ə keçdikdən sonra ən çox qazanan idmançılar siyahısında PSJ forması geyinən Messini keçəcək.
Siyahıdakı digər idmançılar isə aşağıdakılardır:
Cannis Antetokounmpo – 80,9 milyon dollar
Tom Bredi - 83,9 milyon dollar
Kanelo Alvares - 90 milyon dollar
Rocer Federer - 90,7 milyon dollar
Kevin Durant - 92,1 milyon dollar
Stiven Karri - 92,8 milyon dollar
Neymar - 95 milyon dollar
LeBron Ceyms - 121,2 milyon dollar
Lionel Messi - 130 milyon dollar
Kriştiano Ronaldo - 210 milyon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!