Müəllif - Aida İsaq, Banco.az
2022-ci ildə rekord məbləğdə pul itirən beş milyarderin adları açıqlanıb.
Banco.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Beləliklə, “Tesla”nın və “SpaceX”in rəhbəri İlon Mask, “Amazon”un təsisçisi Ceff Bezos, “Meta”nın həmtəsisçisi Mark Zukerberq, “Google Parent Alphabet”in baş direktoru Larri Peyc və “Google”un həmtəsisçisi Sergey Brin birlikdə 378 milyard dollar zərərə uğrayıblar.
Adı çəkilənlər arasında ən çox itkiyə məruz qalan 125 milyard dollar məbləğlə İlon Mask olub. Sahibkarın keçən il “Twitter” sosial şəbəkəsini satın almasından sonra “Tesla-nın səhmləri 65% ucuzlaşdı.
“Amazon”un səhmlərinin dəyərinin 50% ucuzlaşması Ceff Bezosa 85 milyard dollara, “Meta”nın səhmlərinin qiymətinin il ərzində 64% ucuzlaşması isə Mark Zukerberqə 77 milyard dollar zərərə başa gəldi.
Dördüncü və beşinci yerlərdə Larri Peyc və Sergey Brin müvafiq olaraq 46 milyard dollar və 45 milyard dollar itkiylə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!