Aida İsaq, Banco.az
YouTube hər ilin sonunda ötən ilin xülasəsi olan "YouTube Rewind" adlı video paylaşımı həyata keçirir. Dünyanın ən böyük onlayn canlı yayım xidmətlərindən biri olan "Twitch"-in "Youtube Rewind"-ə oxşar məzmunu yoxdur. Ancaq "MTee" adlı youtube kanalı bu çatışmazlığı aradan qaldırmaq üçün yaratdığı "Twitch Rewind 2020" videosunu paylaşaraq qısa müddətdə diqqət mərkəzinə çevrilməyi bacardı. "MTee"-nin "Twitch Rewind" videosu ümumiyyətlə il ərzində "Twitch" və yayımçıları ilə əlaqəli kritik hadisələri, platformada zaman-zaman populyarlaşan məzmunları əyləncəli şəkildə sıralayır. Bu şəkildə 2020-ci ildə "Twitch"-dən ayrılan yayımçılardan kanal adlarını dəyişdirən əsas yayımçılara qədər əhəmiyyətli hesab edilə biləcək bütün hadisələri izləyə bilirsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!