2018-in Ən Maraqlı Məqalələri - Top 10 | Banco.az

2018-in Ən Maraqlı Məqalələri - Top 10

Əziz banco.az izləyiciləri,

Bu Məqaləmizdə 2018-ci ildə portalımızda oxucuların ən çox marağına səbəb olmuş yazıları müəyyənləşdirdik. Ümid edirik ki, bu mövzulu məqalələr sizə maraqlı və yararlı olar. Bu məqalə, həm sizə keçdiyimiz ilin qısa icmalı ilə tanış olmaq imkanı verəcək, həm də qaçırdığınız xəbərlərdən yararlanmağınıza kömək edəcəkdir.

Elə isə 2018-in ən çox oxunan 10 məqaləsini nəzərinizə çatdırırıq. Xəbərlər haqqında daha ətraflı aşağıdakı linklərdən tanış ola bilərsiniz:

 

1. Kapital Bank işçiləri sərbəst geyim tərzinə keçiblər

Müasir dövrdə dünyanın əksər böyük şirkətləri sərt dress-code məsələsində işçilərinə müəyyən güzəştlər edirlər. Artıq ölkəmizdə də bu yeniliklər tətbiq olunmağa başlayıb. Buna misal olaraq Kapital Bank-ı nümunə göstərmək olar. Belə ki, bankın arxa ofisində çalışan əməkdaşlarına ənənəvi klassik geyimdən sərbəst geyimə keçid üçün icazə verilib. Bu barədə ətraflı məlumatı, qərarın işçilərə və onların iş şəraitinə necə təsir etdiyini öyrənmək üçün Banco.az-ın xüsusi hazırladığı videonu izləməyə dəvət edirik.

2. Yəhudilərdən varlanmaq üçün 6 QIZIL MƏSLƏHƏT

Bu gün bütün dünya xalqları sözün əsl mənasında yəhudilərə həsədlə yanaşır. Çünki, onlar yanaşdıqları hər işdə uğur qazanıb, inamla irəliyə gedirlər. “Kasıb yəhudi” onların ən qısa lətifəsidir. Çünki yəhudilər düzgün üsullardan istifadə edərək varlanmağın bütün yollarına bələddirlər.

Yəhudilərin varlanmaq üçün 6 qızıl məsləhətini təqdim edirik:

1. Maddi durumunu yaxşılaşdırmaq istəməyən insan yoxdur. Güclü iradə və iddialı olmaq yəhudilərin əsas sirridir. Onlar heç vaxt ruhdan düşmür, məqsədlərinə çatmaq üçün, durmadan çalışırlar.

Daha çoxu:  https://bit.ly/2Ly4tr2

 

3. Bank sədrlərinin ixtisasları nədir? - Tarixçi, hüquqşünas, radiotexnik, maliyyəçi

Ölkə maliyyəsinin ən vacib hissələrindən biri də bank sektorudur. Bankların fəaliyyəti, hər bir addımı birbaşa iqtisadiyyata təsir göstərir və bu banklar da müəyyən şəxslər - CEO-lar tərəfindən idarə olunur. 

Bu maliyyə nəhənglərinin kimlər tərəfindən idarə olunduğu, həmin idarəçilərin təhsil səviyyəsi, hansı ixtisasa sahib olduqları, yəqin ki, hamıya maraqlıdır. O zaman, bu aşdırmamız sizlər üçün də maraqlı olacaq.

Azərbaycan banklarını idarə edən CEO-larımızın ixtisasları nədir, təhsillərini harada başa vurublar?  

Birlikdə tanış olaq:  https://bit.ly/2TbM4TA

 

4. İnternetdən pul qazanmağın hansı yolları var? - 22 üsul

Əslində əlavə gəlir əldə etmək üçün, istərsə də freelancer kimi gəlir əldə etmək ilk baxışdan çətin kimi görülə bilər, amma internetdən söhbət gedirsə, vəziyyət bir az yüngülləşir. Ümumiyyətlə bu mövzuda bəlkə milyonlarla məqalə var, hərəsində də 6-7 yol. Banco.az komandası olaraq  həmin məqalələri birləşdirib vahid bir məqalə şəklinə salan türk  dilində bir məqaləni azərbaycan dilində sizlərə təqdim edirik. Bəlkə də yadımızdan çıxan yollar var, amma bildiklərimizi yazmışıq.

Sizə internetdən pul qazanmaq üçün 22 yol təqdim edirik:   https://bit.ly/2VabTFr

 

5. Almaniyada İşləmək: İş Axtaranlara 8 TƏKLİF

Almaniya işləmək istəyib pul qazanmaq üçün cəzbedici Avropa ölkələrin sırasında bəlkə də birincidir. Bu ölkə sahibkarlar üçün geniş imkan yaratmaqla yanaşı, iş axtaranlar üçün geniş bir təklif bazasına malikdir.

Son aylar elektron poçt ünvanına istər Avropada istərsə də, Azərbaycanda yaşayan həmvətənlərimiz tərəfindən işlə bağlı çoxlu sayda müraciətlər daxil olur. Qərara aldıq ki, həmvətələrimizin Almaniyayda iş tapması üçün iş təklif edən firmalarla bağlı araşdırma aparaq.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə Avropanın “şah damarı” sayılan Almaniyada iş tapmağın 8 yolunu sizə təqdim edirik:  https://bit.ly/2Mk7E56

 

6. Sığorta şirkətlərimizin xanım CEO-ları

Bildiyimiz kimi hazırda biznesin bütün sahələrində qadın idarəçilərinin sayı artmaqdadır. Sığorta sahəsində cəmi iki xanım idarə heyətinin sədri vəzifəsini icra etsə də, bu sayın artacağına şübhəmiz yoxdur.

Rəhbər xanımları daha yaxından tanıyaq:  https://bit.ly/2LzRfu1

 

7. Nigar Səmədova: Uğurlu olmaq üçün oxumaq, daimi özünü təkmilləşdirmək lazımdır!

Banco.az portalının müsahibi Bank Respublika-nın Bank Kartları Departamentinin rəhbəri Nigar Səmədovadır

Daha ətraflı Müsahibə:  https://bit.ly/2Q57ik6

 

8. Hansı banklar Bazar günü işləyir?

Banco.az sizlərə bazar günü işləyən bankları və onların iş saatlarını təqdim edir. 

Ətraflı:  https://bit.ly/2Oat31A

 

9. "Paşa Həyat Sığorta"nın sədrini daha yaxından tanıyaq

Niyaz İsmayılov, 2017-ci ilin fevral ayından, “PAŞA Həyat Sığorta” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edir. O, daha əvvəl həmin şirkətin İdarə Heyəti sədrinin I müavini vəzifəsində olub. 

Niyaz İsmayılov 9 iyun 1982-ci ildə anadan olub.

Daha Ətraflı:  https://bit.ly/2TdvvH0

 

10. Xaricdə iş tapmaq üçün fəaliyyət göstərən əlverişli saytlar

1. Monster. Bu sayt xaricdə xüsusilə Amerikada iş axtaranlar üçün nəzərdə tutulub. Sayt artıq 20 ildir ki, fəaliyyətini davam etdirir. Sayt Amerikada iş saytları arasında ilk üçlüyə daxildir. Gün ərzində sayta dəqiqədə 29 cv və 7900-dan çox vakansiya yüklənir. Sayt bir çox baxımdan əlverişli hesab olunur. Beləki, burda işə götürən tərəf bir sıra xüsusiyyətlərə görə filtrlənmə apararaq lazım olan namizədi asanlıqla tapa bilər. Eyni zamanda sayt iş axtarışında olanlar üçün də çox asan üsullarla işə müraciəti təmin edir.

Daha çoxu:  https://bit.ly/2RnhXYe

 

Həmçinin bax:  Banklarımızın Yeni İl kampaniyaları - 2019

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Güllü Nağıyeva, Banco.az