2018-ci ilin yanvar ayı üzrə sığorta bazarının göstəriciləri açıqlanıb | Banco.az

2018-ci ilin yanvar ayı üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci ilin yanvar ayı ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 82.8 mln. manat məbləğində sığorta haqqı toplanmış, 23 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.           

Palatadan banco.az-a verilən məlumata görə, Könüllü sığorta bazarı üzrə haqlar 71.9 mln. manat, ödənişlər isə 18 mln. manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 10.9 mln. manat, ödənişlər isə 5 mln. manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin yanvar ayı ərzində sektor üzrə məcmu sığorta haqlarının 87%-i könüllü, 13%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 78%-i könüllü, 22%-i isə icbari sığorta növlərinin hesabına formalaşmışdır.

2018-ci ilin yanvar ayı ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.