“Subway” dünyada ən çox tanınan fəst-fud şəbəkələrindən biridir. 70 000-dən artıq restoranla dünyanın ən böyük fəst-fud şəbəkəsi olan “Subway” 17 yaşındakı bir gənc tərəfindən universitet xərclərini ödəyə bilmək üçün təsis edilmişdi.
1965-ci ildə Fred DeLuca adlı bir gənc ailə dostlarından olan Peter Buck-dan 1000 dollar borc istəyərək “Subway”i təsis etdi.
DeLuca bu pulu Konnektikut (Connecticut) ştatının liman şəhəri olan Birdcportda (Bridgeport) bir sendviç restoranı açmaq üçün istifadə edəcəkdi. O, vaxtı həkim olmaq istəyən DeLuca-nın məqsədi bu restoran ilə tibb fakultəsinin xərclərini ödəmək idi.
Restoran başlanğıcda “Pete’s Super Submarines” adını daşıyırdı.
Lakin, bu ad yerli radioda verdikləri reklamda qulağa “Pizza Marines” kimi gəldiyi üçün insanlarda fərqli təəssürat yaratdığına görə, “Pete’s Subways” olaraq dəyişdirildi. 1968-ci ildə isə, ancaq “Subway” olaraq tanınmağa başlandı.
Təcrübəsizliyi, gəncliyi və kiçik sərmayəsinə baxmayaraq DeLuca ilk gündə ədədi 50-70 sent olan 312 sendviç sataraq gələcəkdə böyük uğur əldə edəcəyinin hiss etdi .
DeLuca 2012-ci ildə yazdığı “Start Small Finish Big” adlı kitabında sendviç hazırlamaq və yemək sektoru haqqında heç nə bilmədiyini qəbul edir.
9 il sonra 1974-cü ildə DeLuca və Buck 2-ci “Subway”i Wallingford-da açdı.
Wallingford öz iş yerlərinə təxminən 48 km uzaqlıqda olduğu üçün son dərəcə əlverişli idi. Vaxt keçdikcə böyüyən şirkət 1984-cü ildə ilk beynəlxalq “Subway”i Bəhreyndə açdı. Sonra Kanada, Çin, Hindistan, Fransa, Rusiya, Türkiyə və daha bir neçə ölkədə şəbəkələr açılmağa davam etdi.
Həkim olmaq hədəfi ilə işə başlayan DeLuca sonda milyarder bir biznesmen olmuşdu və 1965-ci ildən 2015-ci ildə vəfat edənə qədər CEO olaraq vəzifəsini icra etdi.
2015-ci ildə 67 yaşında vəfat edəndən sonra şirkətin rəhbərliyinə bacısı Suzanne Greco gəldi.
Suzanne-nın isə, bu ayın sonunda təqaüdə çıxacağı gözlənilir. Onun yerinə isə əslən Avstraliyadan olan Trevor Haynes gələcək.
Moneta.az