Bazarın cari vəziyyətinə baxdıqda Bitcoin-in yenidən 10 min dolları keçməsi çətin görünür.
Bəs niyə 10 min? Bitcoin-in indiyədək gördüyü ən yüksək dəyər 20 min dollardır. İnvestorlar yenidən bunun baş verməsini gözləyirlər. 10 min dollar bu göstəricinin yarısıdır və keçilməsi önəmli olan həddir. Bitcoin 20 min dollara çatmaq istəyirsə, əvvəlcə 10 min dollarlıq maneəni aşmalıdır.
Çətin keçən martdan sonra apreldə bazarlarda vəziyyət bir qədər də gərginləşdi. Bu tendensiyanın iyunda da davam etdiyini deyə bilərik. Bu gedişlə iyunun kriptovalyutalar üçün uğursuz olacağını düşünmək mümkündür.
Aprelin 13-də bazarda canlanma yaşandı. Daha sonra mayın sonunadək buğa bazarı yaşandı. Ancaq baş verən bəzi proseslər enişə səbəb oldu. Düzəlişləri nəzərə alsaq, iyunun ortalarında bazarda yüksəliş olacağını və BTC-nin 10 min dollara çatacağını proqnozlaşdırmaq olar.
Əlbəttə ki, yuxarıda göstərilən bir fərziyyədir. Ən azından bu nəzəriyyə göstərir ki, bazarlar mənfi tendensiyadan uzaqlaşacaq. Yaşanan hadisələr kriptovalyutaların təbiətindən qaynaqlanır.
Buradakı tövsiyələr investisiya məqsədli deyil. Bunu etmək istəsəniz, özünüz araşdırma aparın.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.