Bank of Baku
Reklam şöbəsinin müdiri
Vakansiya haqqında məlumat:
Reklam şöbəsinin müdiri
Tələblər
- Sahə üzrə ali təhsil
- Azərbaycan, rus və ingilis dilləri
- Ən azı 3 il iş təcrübəsi
- Marketinq, PR və Satış sahələrinə aid biliklər, yüksək yaradıcılıq qabiliyyəti
- Komandada işləmək bacarığı
- Təmkinlilik, etibarlılıq, özünə inam
- Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı
- Ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı
- Araşdırma və analitik düşünmə qabiliyyəti
Əsas vəzifə və öhdəliklər
- Reklam büdcəsini idarə etmək
- Agentliklər və media qurumları ilə işləmək
- Reklam yerləşdirməni effektiv idarə etmək
- Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflər hazırlamaq
- Bazar araşdırmaları aparmaq və mövcud bazarın cari vəziyyətini analiz etmək
- Marketinq tədqiqatı və araşdırmaları ilə əlaqədar işləri planlaşdırmaq, təşkil etmək və icrasına nail olmaq
- Müştəri axınını təmin etmək, təhlil etmək və təkliflər vermək.
- İş yeri: Baş İdarə
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
MÜRACİƏT QAYDASI
Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Reklam şöbəsinin müdiri qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Bizi sosial şəbəkələrdən izləyin!!